Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu birgə tədbirlər planı imzalayıb

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu birgə tədbirlər planı imzalayıb

Tarix: 7 Yanvar 2020 16:58

Bakı. Trend:

2020-ci ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, plana əsasən keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla nəzərdə tutulan görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər həyata keçiriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu birgə tədbirlər planı imzalayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ