Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komitə: Tovuzda uşağın öldürülməsi valideynlərin daha məsuliyyətli olmasının vacibliyini ortaya çıxarır

Komitə: Tovuzda uşağın öldürülməsi valideynlərin daha məsuliyyətli olmasının vacibliyini ortaya çıxarır

Tarix: 7 Yanvar 2020 17:03

Bakı. İlhamə İsabalayeva - Trend:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.

Trend-in məlumatına görə, komitənin yaydığı açıqlamada bildirilir ki, məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar tərəfindən araşdırılma aparılır:

"Bildirmək istəyirik ki, hadisə ilə bağlı bütün lazımi və təxirəsalınmaz tədbirlər görüləcək, cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, eləcədə cinayətkarın öz layiqli cəzasını alması üçün bütün addımlar atılacaq. Baş vermiş hadisə bir daha valideynlərin yetkinlik yaşına çatmayan uşaqları ilə münasibətdə daha da məsuliyyətli olmasının vacibliyini ortaya çıxardır. Komitə valideyn məsuliyyətini bir daha vurğulayaraq, valideynlərə uşaqlara nəzarətin artırılmasını, onlarla mümkün qədər çox ünsiyyətdə olmalarını, övladlarının davranışlarını daim nəzarətdə saxlamalarını, eyni zamanda valideynlərə öz uşaqlarına qarşı məsuliyyətli, həssas və qayğılı olmalarını tövsiyə edir. Bir daha qeyd edirik ki, uşaqlara qarşı istənilən laqeyd münasibət, zorakılıq, qəddar davranış yolverilməzdir və bu cür hallarda qanunvericiliyə əsasən zorakılığı törədənlər mütləq şəkildə məsuliyyətə cəlb ediləcək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Komitə Tovuzda uşağın öldürülməsi valideynlərin daha məsuliyyətli olmasının vacibliyini ortaya çıxarır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ