Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 18:34
Bakı. Trend:
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törətmişlər.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə,2020-ci ilin 07 yanvar tarixində saat 14:56 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzəli Əlimürsəl oğlu şəhid olmuşdur.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Prokurorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin