Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 19:18
Bu gün ölkə gündəmini 40 gündür itkin düşən Nərminin yandırılaraq evinin yaxınlığına atılması xəbəri silkələyib.
Sonxeber.net xəbər verir ki, hazırda Tovuzda olan millət vəkili Qənirə Paşayeva azxeber.com-a açıqlama verib. O deyib ki, 10 yaşlı Nərminin cəsədinin ekspertiza prosesi artıq başa çatıb: "Gün ərzində Tovuz rayon mərkəzi xəstəxanasında olmuşuq. Artıq ekspertiza işləri bitib. Cənazəni evə gətiririk. Kimin günahkar olduğunu məhkəmə ekspertizasının rəyindən sonra hüquq mühafizə orqanları deyəcək. Ancaq onu deyə bilərəm ki, bütün güc strukturları, Bakıdan gələn ekspertlər qatilin tapılması üçün əlindən gələni edir. Ümid edirəm ki, qatil tez bir zamanda tapılıb layiq olduğu cəzanı alacaq".
Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet