Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 21:36
Hamiləlik dövründə bədənin quruluşu dəyişildikcə,bəzən qaşınmalar da baş verir. Əgər dərinizə kifayət qədər diqqət etməsəniz, hamiləlik dövründə problemləriniz olacaq.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, ana olmağa hazırlaşan bütün namizədləri qaşıntının hamiləliklə əlaqədər olub-olmaması maraqlandırır.
Hamiləliklə birlikdə bir sıra fiziki və zehni problemlər ortaya çıxıb. Bu təbii proses zamanı, bədən quruluşu daim dəyişir, bu da qaşınma kimi problemlərə səbəb olur. Sadə qaşınma özlüyündə problem deyil, lakin qızartı kimi yan təsirlərə də səbəb ola bilər.
SƏBƏBLƏR
-Çəki artımı
-Qarın bölgəsinin genişlənməsi
-Hormonal dəyişiklik
-Döşlərin şişməsi
-Öd yollarında təzyiq
-Stres
-Tərləmələr
Qaşıntı nə zaman başlayır?
Hamiləlikdəki ümumi dəri problemləri hamiləliyin ilk aylarından özünü büruzə verə bilər. Qaşıntı problemləri isə davam edərək hamiləliyin 8-ci ayından etibarən qabıqlanmaya səbəb ola bilər. Bəzən qaşıntı dərəcəsi göbək bölgəsinin genişlənməsi ilə artır. Qarın hissəsindəki çatlarda qırmızı şişkinliklə müşahidə olunur.
Hamiləlik zamanı vaginal qaşıntı
Bu dövrdə qadınların ən böyük problemlərindən biri vaginal qaşıntılardır. Bu hal sidik yollarının infeksiyası, menopoz və hamiləlik zamanı baş verir. Hamiləlik dövründə vaginal qaşınma çox narahat və ağrılı bir şəkildə özünü göstərir.Hamiləlik dövründə vaginal axıntıların davam etməsi normal hal olsa da, vaginal qaşınmanın davamı anormal bir vəziyyət kimi görünür.
Bu qaşınmaların səbəbi isə müxtəlif ola bilər:
-Bəzi dəri xəstəlikləri vaginal qaşınma səbəb olur
-Heç vaxt hamiləlikdə istifadəsi tövsiyə olunmayan vagina spreyləri
-Alt paltarları yumaq üçün yuyucu vasitələr, sabunlar
-Cinsi yolla ötürülən xəstəliklər hamiləlikdə vaginal qaşınma yaradır
Ana olmağa hazırlaşan çox qadını bu qaşınmaların uşağa ziyan verəcəyi barədə suallar qorxudur. Lakin bu qaşıntıların uşağa təsiri yoxdur. Sadəcə doğru yöntəmlər və qorunmalarla qaşıntılardan azad olmaq lazımdır. Bunun üçün vaginal bölgənin nəm deyil,quru olması vacibdir. Qaşınmanın artacağı dar geyimlərdən istifadə etməmək də tövsiyə olunur. Mümkün olduğu halda gündə iki dəfə alt paltarını dəyişmək məsləhət görülür.
Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet