Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 23:55
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva sosial şəbəkədə toyu və nişanlısı Kənanla bağlı izləyicilərinin suallarını cavablandırıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Aynişan Kənanla tanışlığından bəhs edib. O bildirib ki, nişanlısı ilə 3 il əvvəl tanış olsa da, ötən ildən münasibətə başlayıblar. Aynişan aralarında 6 gün fərq olduğunu vurğulayıb.
Qısqanclıqla bağlı suallara isə "İlk başlarda hə, indi halım olandan-olana qısqanmağa vaxt tapıram" cavabını verib.
Artıq toy hazırlıqlarına başlayan cütlük qonaq siyahısını da hazırlayıb. O bildirib ki, həm qız, həm oğlan toyu edəcəklər. Hər iki məclis üçün də Aynişan libas hazırladığını açıqlayıb.
Qeyd edək ki, cütlüyün toyu fevralda olacaq.
Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet