Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 00:00
Bakı. Trend:
Vaşinqton İranla müharibəyə başlamaq deyil, əksinə buna son qoymaq istəyir.
Trend-in "RİA Novosti"yə istiandən verdiyi məlumata görə, bunu "CNN" telekanalına müsahibəsində Pentaqonun rəhbəri Mark Esper deyib.
M.Esper bildirib: "Biz İranla müharibəyə başlamaq deyil, əksinə buna son qoymağa hazırlaşırıq. Son bir neçə gün baş tutan söhbətlər zamanı həmkarlarımın çoxuna dediyim kimi, biz vəziyyətin deeskalasiya olmasını və Tehranın bizimlə danışıqlara başlamasını istəyirik. Biz hesab edirik ki, hazırda bu, hər şeydən yaxşı olardı".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin