Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 06:54
İran ABŞ-ın İraqdakı bazalarını ballistik raketlərlə atəşə tutub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Conatan Hoffman deyib.
C.Hoffman bildirib: "Şərqi Amerika vaxtı ilə yanvarın 7-si təxminən saat 17:30-da İran ABŞ-ın və koalisiyanın İraqdakı hərbi bazalarına ondan çox ballistik raket atıb. Aydırdır ki, bu raketlər İrandan buraxılıb və onların hədəfi ABŞ Silahlı Qüvvələrinin və koalisiyanın heyətinin olduğu İraqın azı 2 hərbi bazası olub - Əl-Əsəddə və Ərbildə. Zərərlərin ilkin qiymətləndirilməsi üzərində işləyirik".
O, ABŞ-ın bölgədəki hərbi qüvvələrini, tərəfdaşlarını və müttəfiqlərini qorumaq üçün "bütün lazımi tədbirləri" görəcəklərini də qeyd edib.
Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet