Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sosial şəbəkələrdə şərhlərə görə həbs cəzası

Sosial şəbəkələrdə şərhlərə görə həbs cəzası

Tarix: 8 Yanvar 2020 08:34

Şəxsiyyəti açıqlanmayan Çexiya vətəndaşını sosial şəbəkələrdə zorakılığı və terrorizmi dəstəklədiyinə və təbliğ etdiyinə görə 5 ildən 15 ilədək həbs cəzası gözləyir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Çexiya Baş Prokurorluğu Əfqanıstanda çexiyalı əsgərlərin öldürülməsini bəyənən şəxsin məhz bu cür cəzalandırılmasında israr edirlər. Müttəhim özünün "Facebook" səhifəsində əsgərlərin öldürülməsini bəyənən status yazıb.

Söhbət 2018-ci ilin avqustunda beynəlxalq koalisiyanın qərargahı yanında intiharçı terrorçunun törətdiyi partlayış nəticəsində həlak olmuş üç çexiyalı əsgərdən gedir.

Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  Sosial şəbəkələrdə şərhlərə görə həbs cəzası


RƏYLƏR