Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 13:06
Azərbaycanda yivli odlu silah əldə etmə, saxlama ilə bağlı konkrekt qanun var ki, bu da həmin silahlardan istifadəni qadağan edir.
Sonxeber.net bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Odlu silah əldə etmə, saxlama imtiyazı millət vəkillərinə də şamil edilir. Toxunulmazıq hüquqlu olan parlamentarilər güc sturukturlarına müaricət edərək, tabelli silah əldə edə bilərlər.
Mahmud Hacıyev - Sabiq polis rəisi: "Deputatlara ağır odlu silah verilməyəcək. Tapança olacaq. Bundan istifadə olunma, saxlanma qaydaları var. Bu da müəyyən qanunlarla, hüquqi əsaslarla müəyyən edilir".
Silah əldə etmə və gəzdirmə ilə bağlı qaydalara əsəsən, belə silahlar sökülü və yarım sökülü halda gəzdirilə bilər. Buna kimi isə bir çox rəsmi sənədləşmə işləri mövcuddur.
Şamil Paşayev - Hüquqşünas: "Məhdud fəaliyyət qabiliyyətli, fəaliyyət qabiliyyəti olmayan, narkomaniya, taksokamaniyadan əziyyət çəkən şəxslər, odlu silahla bağlı məhkumluğu olan şəxslərə, onlarla eyni evdə yaşayan şəxslərə bu silahların satılması qadağandır".
Odlu silahlardan istifadənin leqallaşdırılması ilə bağlı bir çox təfliklər olsa da, güc strurukları və bəzi kriminalistlər bunu düzgün saymır. Səbəb kimi isə, ağır və amansız cinayətlərin sayının artacağı göstərilir. Sabiq polis rəisi Mahmud Hacıyev bununla qismən razı olduğunu deyir. Amma sərt qayda və mexanizmlə odlu silahların mülki şəxslərə verilməsini labüd sayır.
Mahmud Hacıyev - Sabiq polis rəisi: "Dünyanın bir çox silvil dövlətlərində odlu silah açıq satışdadır. Əgər yüksək nəzarət qaydasında, yüksək qanunların icrası altında satışı olsa, bu cinayətlərin artımına çox təsir edən deyil. Bunun satışı o demək deyil ki, hamı gedib silah alsın. Əqli və fiziki cəhətdən sağlam adamlar bunu əldə edəcək".
İndi qanunvericiliyə görə, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, saxlama, daşıma və ya gəzdirməyə görə, 3 ilədək həbs cəzası müəyyən edilib. Həmin silaha, onun hissələrinə sahib olan şəxs könüllü şəkildə ondan imtina etsə, heç bir məsuliyyət daşımır.