Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda təbiətə ziyan vuran şirkət cəzalanıb

Sumqayıtda təbiətə ziyan vuran şirkət cəzalanıb

Tarix: 8 Yanvar 2020 13:30

Bakı. İlhamə İsabalayeva - Trend:

Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59 və 60-cı binaların qarşısında ağac kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Sözügedən əraziyə keçirilən baxış zamanı 1 ədəd söyüd ağacının kəsildiyi aşkar edilib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O qeyd edib ki, araşdırma zamanı ağacın “Kristal Abşeron” Mənzil Tikinti Kooperativi tərəfindən kəsildiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub və 1800 manat məbləğində ziyan müəyyən edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sumqayıtda təbiətə ziyan vuran şirkət cəzalanıb


RƏYLƏR