Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu klub hamıya xatırladır ki, Qarabağ Azərbaycanındır” – ukraynalı funksioner

“Bu klub hamıya xatırladır ki, Qarabağ Azərbaycanındır” – ukraynalı funksioner

Tarix: 8 Yanvar 2020 15:20

Krım vilayətinin Simferopol şəhərinin "Tavriya" klubunun vitse-prezidenti Oleq Komunyar "Qarabağ" komandasının beynəlxalq arenadakı çıxışı haqda danışıb.

Qol.az xəbər verir ki, Ukrayna mətbuatına müsahibəsində o, təmsil etdiyi klubun çıxışları ilə hamıya Krımın Ukrayna torpağı olduğunu göstərə biləcəyini deyib.

Qeyd edək ki, "Tavriya" ev matçlarını məcburiyyətdən Xersonda keçirir. Dünyanın əksər dövlətləri Krımın Rusiya tərəfdən işğal edildiyini bəyan edib.

Oleq Komunyar deyib: "Həmişə Azərbaycan çempionatından "Qarabağ"ı misal gətirirəm. Bu komanda işğal olunmuş Ağdamı təmsil edir. Ölkənin TOP klubudur, özü də paytaxtda oynayır və hamıya xatırladır ki, Qarabağ Azərbaycanındır. Belə münasibətin "Tavriya"da da olmasını istərdim: qoy, TOP klub olmasın. Ancaq heç olmasa, acınacaqlı varlğı ortaya çıxmayaydı, yaşamaq uğrunda mübarizə aparmazdı. Yəni sabibkar, hansısa adekvat menecer ortaya çıxmalıdı. Hansı ki futbol klubuyla necə işləməyi bilir, marketinq sahəsini yuxarı dartar, azarkeşlərlə işləyər və komandanın özünü formalaşdırar. Kluba inkişaf planı lazımdır".

Xatırladaq ki, vaxtilə bir sıra azərbaycanlı futbolçuların da çıxış etdiyi "Tavriya" 2014-cü ildə fəaliyyətini dayandırıb. 2016-cı ildə klub bərpa olunaraq Ukraynanın həvəskar liqasında çıxış etməyə başlayb, 2017-ci ildən isə II liqada mübarizə aparır.

 


Etiketlər:  klub hamıya xatırladır Qarabağ Azərbaycanındır ukraynalı funksioner


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ