Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 19:18
Baki. İlhamə İsabalayeva - Trend:
Qafqazda ilk dəfə olaraq Azərbaycanda geoparkların yaradılması konsepsiyası işlənib hazırlanıb.
Geologiya və Geofizika İnstitutundan Trend-ə verilən məlumata görə, geoparkların yaradılması konsepsiyası Azərbaycanda nadir geoloji obyektlərin qorunması və davamlı istifadə edilməsinə dair milli tədbirlər planına uyğun olaraq hazırlanıb və elmi əsaslandırılıb.
İnstitut tərəfindən Azərbaycan ərazisində mövcud olan geotermal mənbələr, termal su quyuları və səthə yaxın süxur komplekslərinin geotermik parametrləri toplanıb və araşdırılıb. Yeni məlumatlardan istifadə etməklə geotermal mənbələrin ilkin enerji resursları qiymətləndirilib və elektron məlumat bazasında yerləşdirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin