Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 20:24
Bakı. Trend:
Konqo Demokratik Respublikasında qızılca epidemiyası 6 min nəfərdən çox insanın ölümünə səbəb olub.
Trend-in məlumatına görə, epidemiya ölkənin 26 əyalətində qeydə alınıb.
Təkcə son bir ay ərzində ölənlərin sayı min nəfəri keçib.
Qeyd olunur ki, ölkə ərazisində bir il ərzində 310 min yoluxma halı qeydə alınıb. Qızılcaya yoluxanların təxminən 25 faizi 5 yaşından aşağı uşaqlardır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin