Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tehran müharibə istəmir, amma ABŞ döyüşmək istəyirsə, biz hazırıq'' - İranlı politoloq

''Tehran müharibə istəmir, amma ABŞ döyüşmək istəyirsə, biz hazırıq'' - İranlı politoloq

Tarix: 8 Yanvar 2020 20:54

Bizim ABŞ hərbi bazalarına endirdiyimiz raket zərbələri qisas məqsədli idi. Qeyd etmək istəyirəm ki, ABŞ Qasım Süleymaninin öldürülməsi ilə bütün beynəlxalq hüquq qaydalarını pozdu.  

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu sözləri media.az-a açıqlamasında iranlı politoloq Əhməd Vahşitex deyib. 

Siyasi analitik bildirib ki, Süleymani ən nüfuzlu İran generallarından biri idi:  

"O, altı il İŞİD terrorçularına qarşı vuruşdu. Yaxın Şərqdə terrorla mübarizəyə verdiyi töhfənin əhəmiyyəti barəsində Rusiyada, Türkiyədə və Suriyada geniş danışıldı. 

İran və ABŞ kimi İraq da BMT üzvü bir ölkədir. Bəs nə baş verir? Birləşmiş Ştatlar İraqın bir yüksək rütbəli generalına atəş açır. Bu necə mümkündür? Bu terror aktıdır. İran isə cavab verəcəyinə söz verdi və ABŞ-ın bölgədəki hərbi bazalarına zərbə endirildi". 

İranlı politoloq qeyd edib ki, onun ölkəsinin kimisə öldürmək fikri yoxdu:  

"Amerikalıları öldürmək məqsədini güdmürdük. Lakin bu, məhz cavab atəşi idi. Amerika bazaları ilk dəfə İrandan raket atəşinə məruz qaldı. Tehran müharibə istəmir, amma ABŞ döyüşmək istəyirsə, biz hazırıq. Özümüzü müdafiə edirik və cavab verə biləcəyimizi göstəririk. Bir daha vurğulayıram, İran amerikalıları öldürmək istəmir, Amerikaya mesaj göndərdik. İran özünü qoruya biləcək güclü bir ölkədir. Heç kimdən qorxmuruq. Eyni zamanda, Ali Rəhbərimiz İranın yalnız iki düşməni - ABŞ və İsrail olduğunu söylədi".


Etiketlər:  Tehran müharibə istəmir amma ABŞ döyüşmək istəyirsə hazırıq İranlı politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ