Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 23:14
"Mançester Yunayted"ın futbolçusu Markus Reşford İngiltərə kubokunun yarımfinalında "Mançester Siti" ilə matçdan (1:3) sonra komandadakı vəziyyət haqda danışıb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi komandanın imkanlarından tam yararlanmadığını deyib: "Heç kim itirmək, məğlub olmaq istəmir, bunun üçün meydana çıxmır. Məncə, bu, problem deyil. Hamı qalib gəlmək istədiyimizi bilir. Komanda mübarizə aparır. Bunu davam etdirməliyik. Vəziyyət düzələ bilər. Yəqin ki, imkanlarımızın 50 faizini istifadə edib, oynayırıq. Komandanın qalib gəlməsi üçün şərait yaradan irəliləyişlərə nail olmaq üçün davam etməliyik".
Qeyd edək ki, 2016-cı ildən "qırmızı şeytanlar"ın formasını geyinir.