Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2019 01:24
"Napoli"nin prezidenti Aurelio De Laurentis Kriştianu Ronaldonun "Yuventus"dakı rolu barədə fikirlərini açıqlayıb.
Qol.az xəbər verir ki, yerli mətbuata danışan futbol funksioneri portuqaliyalı superulduzun gəlişindən sonra Turin klubunun baş məşqçisi Massimiliano Alleqrinin səlahiyyətlərini əlindən aldığını bildirib:
"Ronaldo güclüdür, gələndən sonra sanki baş məşqçini əvəzlədi. Alleqri bu mövsüm nə etməli idi? Əsl motivator Ronaldodur. O, paltardəyişmə otağının lideridir. Millinin oyunlarında gördüm ki, o, ehtiyat oyunçular skamyasında əyləşib, baş məşqçidən çox göstəriş verir. Şəxsən mən heç vaxt onu transfer etməzdim. Çünki valideynlərim mənə belə yaşamağı öyrətməyiblər".