Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 14:21
“Samsung” şirkəti istifadəçilərin məlumatını sürətli köçürmək üçün nəzərdə tutulmuş yeni nəsil xarici “SSD” daşıyıcısını təqdim edib. “T7 Touch” adlı qurğunun özəlliyi faylları icazəsiz girişdən qoruyan daxili biometrik sensorla təchiz edilməsidir.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Samsung T7 Touch SSD” daşıyıcısı hazırda ən sürətli “USB 3.2 Gen 2” USB standartına uyğundur, məlumatları oxuma sürəti 1050 MB/s, yazma sürəti isə 1000 MB/s təşkil edir. “Samsung” şirkəti daşıyıcını şifrə qorunması və 256 bitlik AES şifrləməsindən başqa, barmaq izləri skaneri ilə təchiz edib.
Xüsusi işıq diodu indikatoru qurğunun vəziyyətini vizual olaraq müəyyənləşdirməyə imkan verir. Yeni daşıyıcı tamamilə metaldan hazırlanmış alüminium korpusa malikdir, çəkisi isə 58 qramdır. “Samsung T7 Touch” daşıyıcısı 500 QB, 1 TB və 2 TB variantlarda əlçatandır. Tədarük dəstinə “USB Type-C” – “Type-C” və “USB Type-A” – “Type-C” daxildir. Sözügedən daşıyıcı “Android”, “macOS” və “Windows” əməliyyat sistemlərini dəstəkləyir.
Emil Hüseynov