Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 14:56
Ser Aleks Fergüson baş məşqçisi olduğu sabiq klubu "Mançester Yunayted"in İngiltərə liqa kubokunun yarımfinalında "Mançester Siti"yə məğlubiyyətinə verdiyi reaksiyası ilə diqqət çəkib.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, şotlandiyalı mütəxəssis sabiq komandasının oyununa əsəbiləşdiyi üçün matçın fasiləsində əlində bir qədəh qırmızı şərabla öz şəxsi kabinetinə gedib.
Bildirilib ki, o, görüşdən sonra "Mançester Siti"nin nümayəndələrini görmək istəməyib.
Qeyd edək ki, "Mançester Yunayted" sözügedən görüşdə daha böyük hesablı məğlubiyyətdən qaçıb. Görüş "Sit"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.