Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bizə qoşularaq Gənc Könüllü kimi siz ən möhkəm dostluqların təməlini qoyacaqsınız!

Bizə qoşularaq Gənc Könüllü kimi siz ən möhkəm dostluqların təməlini qoyacaqsınız!

Tarix: 9 Yanvar 2020 16:54

Bakı. Trend:

Öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir könüllülər.

Bildiyiniz kimi, Prezident İlham Əliyev tərəfindən 2020-ci il Azərbaycanda "Könüllülər ili" kimi elan olundu. Bu bir daha ölkə başçısı tərəfindən əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti ilə son illərdə ölkəmizdə təşkil olunan onlarla həm ölkə, həm beynəlxalq əhəmiyyətli tədbilərdə təşkilatçılığın dayağı olan könüllü ruhu ilə yaşayan insanların əməyinə verilən yüksək qiymətdir. Həm dünya təcrübəsində, həm də Azərbaycanın tarixində xüsusi yeri olan könüllülük hərakatının fəaliyyət istiqamətləri də müxtəlifdir. Bu gün elə bir sahə yoxdur ki, ora könüllülər cəlb olunmasın. Müxtəlif istiqamətlər sırasına bildiyiniz kimi əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək, insanpərvərliyin və dözümlülüyün təbliği, istehlakçıların hüquqlarının qorunması, hüquqi və mədəni maarifləndirmə, uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı, idmanın inkişafı, xəstəliklər və epidemiyalar barədə məlumatlandırma, sağlam həyat tərzinin təbliği, ətraf mühitin mühafizəsi, tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması, silahlı münaqişələr, təbii fəlakətlər, yanğınlar, epidemiya və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi, cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi və s. aid edilir.

Qürurverici haldır ki, bugün azərbaycanlı könüllülər öz könüllülük fəaliyyətlərini vətənə, dövlətə, millətə bir dəstək, öz vətəndaşlıq mövqeyinin bir göstəricisi kimi görən dünyanın inkişaf etmiş ölkə könüllülərindən heç nə ilə geri qalmır. Bu insanların öz gördükləri işə sevgilərinin artması, gördükləri işdən zövq almaları və bu missiyanı özlərindən sonrakı nəsillərə sevə-sevə ötürmələrinə vəsilə olan bu addımı Gənclərin İnkişaf və Karyera Mərkəzi olaraq alqışlayır və yeni Gənc Könüllülərimizi öz sıralarımızda gözləyirik. Bizə qoşularaq, Gənc Könüllü olaraq siz - çoxlu sayda könüllüylə tanış olub ən möhkəm dostluqların təməlini qoyacaqsınız. Siz özünüzdə yeni xüsusiyyətlər kəşf etməklə dünyanın ən xoşbəxt insanı olacaqsınız. Bununla da şəxsi inkişafınıza böyük töhfələr verəcəksiniz və təbii ki, könüllülük zamanı qazandığınızı başqa heç bir zaman qazanmayacaqsız.

Gənclərin İnkişaf və Karyera Mərkəzi geridə qoyduğumuz ildə Gənc Könüllülərlə bir çox uğurlara imza atdı. Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi”də Gənclərin İnkişaf və Karyera Mərkəzinin yerli nümayəndəliklərinin könüllüləri də iştirak etdilər. Həftə çərçivəsində həyata keçirilən “Şəhidimiz”, “VətənimİZ”, “ Könüllülük Sərhəd Tanımır!”, "TəbiətimİZ" kompaniyalarında GİKM könüllüləri öz rayon və şəhərlərini layiqli şəkildə təmsil etmişdilər.

Qeyd edim ki, ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, Cəlilabad, Masallı, Quba, Qusar, Zaqatala, Qax, Biləsuvar, Qazax, İsmayıllı, Şəmkir, Bərdə, Ağcabədi, Xaçmaz, Goranboy, Yevlax və Lənkəranda Gənclərin İnkişaf və Karyera Mərkəzləri fəaliyyətə başlayıb. 2020-ci ilin ilk rübündə açılması nəzərdə tutulan daha 40 nümayəndəliyimizdə bizə qoşulacaq könüllülərlə tanışlığı indidən səbirsizliklə gözləyirik. Biz anlayırıq ki, 2020-ci ilin “Könüllülər ili" elan olunması tarixi könüllülük ənənələrimizə verilən ən yüksək qiymətdir. Könüllü olmaq ümid yeri olmaq, savab qazanmaq, xalqına, vətəninə xidmət etmək deməkdir. Biz dünən də belə idik, bu gün də beləyik, heç şübhəsiz ki, sabah da bu keyfiyyətimizə sadiq qalacağıq.

Rəvanə Həşimova

Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bizə qoşularaq Gənc Könüllü kimi möhkəm dostluqların təməlini qoyacaqsınız


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ