Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 17:30
ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, polşalı diplomat Anjey Kaspşik yenidən ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat ATƏT-in rəsmi saytında yerləşdirilib.
Səfir Rudolf Miçalka da yenidən ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə təsdiqlənib.
ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi elçisi vəzifəsinə isə Ditmir Buşati təyin edilib.
Bundan başqa, səfir Heidi Grau ATƏT-in fəaliyyətdə olan sədrinin Ukraynadakı və Üçtərəfli Əlaqə Qrupundakı xüsusi nümayəndəsi, səfir Tomas Mayr-Harting ATƏT-in fəaliyyətdə olan sədrinin Dnestryanı münaqişəsi üzrə xüsusi nümayəndəsi, polkovnik Sulo Mustafaraj ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun rəhbəri təyin olunub.
Bu il yanvarın 1-dən ATƏT-də sədrlik Slovakiyadan Albaniyaya keçib.
Qeyd edək ki, Anjey Kaspşik ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsini 1997-ci ilin yanvarından icra edir.