Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 07:08
İlin ilk Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verəcək və yarımkölgəli olduğundan adi gözlə görmək çətin olacaq.
AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Sonxeber.net-a bildirilib ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulma maksimum olaraq saat 23:11-də baş verəcək və Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.
Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünəcək. Ay tutulması Azərbaycanda da müşahidə olunacaq.