Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tibbi avadanlıq istehsalçısı “Apple” şirkətini patent hüquqlarının pozulmasında ittiham edib

Tibbi avadanlıq istehsalçısı “Apple” şirkətini patent hüquqlarının pozulmasında ittiham edib

Tarix: 10 Yanvar 2020 16:21

Tibbi diaqnostik avadanlıqların buraxılışı ilə məşğul olan ABŞ-ın “Masimo” şirkəti “Apple” korporasiyasını patent hüquqlarının pozulmasında ittiham edib. Bu barədə Kaliforniya ştatının Mərkəzi Federal Məhkəmə Dairəsinə daxil olan sənədlərdə deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, “Masimo” tərəfindən təqdim edilən iddia ərizəsinə görə, şirkətin və onun törəmə strukturlarının texnologiyaları “Apple” tərəfindən “Apple Watch” saatlarının yaradılması zamanı icazəsiz tətbiq edilib. “Masimo” vəkillərinin sözlərinə görə, söhbət əsasən qanda oksigenin miqdarını ölçməyə imkan verən ötürücülərdən gedir.

 

İddiada qeyd olunur ki, 2013-cü ildə “Apple” nümayəndələri “Masimo” şirkətinə əməkdaşlıq təklif edərək onun bir sıra texnologiyaları ilə tanış olublar. Şirkətlər arasında informasiyanın açıqlanmaması haqqında saziş imzalanıb. İddiaçıların sözlərinə görə, bundan sonra “Apple” rəhbərliyi bir neçə “Masimo” əməkdaşını işə qəbul edib. Onların sırasına şirkətin son texnologiyaları barədə məlumata malik mütəxəssislər daxil olub.

 

“Masimo” nümayəndələrinin fikrincə, “Apple” onlara məxsus 10-a yaxın patentləşdirilmiş texnologiyanı icazəsiz istifadə edib. Məhkəmədən “Apple” şirkətinin buna son qoyması, eləcə də kompensasiya ödəməsi tələb edilir.

 

Nizam Nuriyev




Etiketlər:  Tibbi avadanlıq istehsalçısı Apple şirkətini patent hüquqlarının pozulmasında ittiham edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ