Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 16:24
“Atletiko” İspaniya superkubokunun finalında “Real”la keçiriləcək oyuna ciddi itki ilə çıxacaq.
Qol.az Madrid klubunun saytına istinadən xəbər verir ki, kapitan Koke zədə səbəbindən həlledici matçı buraxacaq. İspan yarımmüdafiəçi “Barselona” ilə yarımfinal oyununda zədələnib. O, matçın 46-cı dəqiqəsində - oyuna daxil olan kimi qol vurub. Görüşün 72-ci dəqiqəsində isə ayağında ağrı hiss etdiyi üçün əvəzlənib.
Qeyd edək ki, final qarşılaşması yanvarın 12-də Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdullah” stadionunda keçiriləcək.