Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədə xərçənginin əsas SİMPTOMLARI

Mədə xərçənginin əsas SİMPTOMLARI

Tarix: 10 Yanvar 2020 23:27

Mədə xərçəngi ən təhlükəli və çətin müalicə olunan xərçəng növlərindən sayılır.

Mədə xərçənginin əsas səbəblərindən biri Helicobacter pilori bakteriyası sayılır. Bu bakteriya həmçinin mədə xorası və qastritin inkişafına da səbəb olur. Mədə xorası və mədə polipləri xərçəngönü xəstəliklər sayılır ki, bu xəstəliklərin fonunda mədə xərçənginin inkişafı riski çox yüksəkdir.

Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, yaxın qohumları (ata, ana, bacı, qardaş, nənə, baba) arasında mədə xərçənginin olması da risk faktoru sayılır. Belə insanlar öz sağlamlığına qarşı diqqətli olmalı və müntəzəm olaraq profilaktik müayinələrdən keçməlidir.

Qeyri-sağlam qidalanma, spirtli içkilərdən istifadə mədə xərçənginin riskini artıran faktorlardandır.

Mədə xərçənginin əsas simptomları bunlardır:

Yeməkdən sonra mədədə köp (simptom daim təkrarlanır, qidanın növündən asılı deyil)
Hətta az miqdarda qida qəbulundan sonra doyma hissinin əmələ gəlməsi
Güclü və daim təkrarlanan mədə qıcqırması
Ürəkbulanması
Mədə nahiyəsində keçməyən ağrılar
Yeməkədən sonra qusma, gecikmiş mərhələlərdə qanlı qusma
Kəskin arıqlama
Keçməyən səbəbsiz yorğunluq


Etiketlər:  Mədə xərçənginin əsas SİMPTOMLARI


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ