Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yığmamız ardıcıl 3-cü oyunda uduzdu

Yığmamız ardıcıl 3-cü oyunda uduzdu

Tarix: 11 Yanvar 2020 07:26

Niderlandda qadın voleybolçular arasında keçirilən Avropa Olimpiya Təsnifat turnirində qrup mərhələsinə yekun vurulub. 

Azərbaycan yığması Apeldornda son oyununa çıxıb.

Millimizin qrupda son rəqibi Polşa olub. Bu görüş Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya şansını itirən millimiz üçün formal xarakter daşıyırdı. 

İlk iki oyunda məğlub olan yığmamız bu görüşdə də uduzub - 0:3.

10 yanvar

Avropa Təsnifat Turniri

A qrupu

Polşa - Azərbaycan 3:0 (25:19, 25:19, 25:23)

Apeldorn (Hollandiya), "Omnisport" salonu


Etiketlər:  Yığmamız ardıcıl oyunda uduzdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ