Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur futbolçu karyerasını bitirə bilər – Ürəyindəki problemə görə

Məşhur futbolçu karyerasını bitirə bilər – Ürəyindəki problemə görə

Tarix: 11 Yanvar 2020 11:42

"Ayaks"ın futbolçusu Deyli Blind ürək xəstəliyi səbəbindən karyerasını erkən bitirə bilər.

Qol.az "Fox Sports"a istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin atası Danni Blind deyib ki, oğlunun peşəkar futbolçu kimi yaşıl meydanlara qayıtması onun təhlükəsizliyinə yüz faiz zəmanət vermir.

Qeyd edilir ki, ailəsi futbolçunun səhhəti ilə bağlı əlavə şərh vermək istəmir. Klubu isə yaxın aylarda Blindin heyətə qayıdacağını gözləyir.

Qeyd edək ki, D.Blind 2018-ci ildə "Mançester Yunayted"dən "Ayaks"a transfer olunub. 

Xatırladaq ki, hollandiyalı futbolçunun Çempionlar Liqasının qrup mərhələsinin son turunda  "Valensiya" ilə matç zamanı başı gicəllənmişdi. Görüşdən sonra futbolçu müayinə olunub və ona miyokardit (ürək əzələsində iltihablaşma)  diaqnozu qoyulmuşdu. Daha sonra o, əməliyyat olunmuşdu.

 


Etiketlər:  Məşhur futbolçu karyerasını bitirə bilər Ürəyindəki problemə görə


RƏYLƏR