Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində “Kəmər və Yol” təşəbbüsünə dair layihələr barədə müzakirələr aparılıb (FOTO)

Çində “Kəmər və Yol” təşəbbüsünə dair layihələr barədə müzakirələr aparılıb (FOTO)

Tarix: 11 Yanvar 2020 15:42

Bakı. Trend:

Çində səfərdə olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev və Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı Çin Xalq Diplomatiyası Assosiasiyasının prezidenti U Haylon (Wu Hailong), Xarici Məsələlər üzrə Çin Xalq İnstitutunun Prezidenti Van Çao (Wang Chao), Çin Xalq Respublikasının Dövlət Şurasının İnkişaf və Tədqiqat Mərkəzi nəzdində Avropa və Asiya ölkələrinin Sosial İnkişafı İnstitutunun direktoru Li Fenlinlə görüşüblər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən Trend-ə verilən məlumata görə, görüşlərdə regionumuzda və Orta Şərqdə gedən proseslər, Çinin Cənubi Qafqaz ölkələri ilə münasibətləri, “Kəmər və Yol” təşəbbüsü çərçivəsində həyata keçirilən layihələr, Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanda həyata keçirilən islahatlar haqqında fikir mübadiləsi aparılıb.

Eyni zamanda səfir Əkrəm Zeynallı Çin-Azərbaycan münasibətlərinin gələcək perspektivi və qeyd edilən təşkilatlar ilə səfirliyin əməkdaşlıq imkanları barədə məlumat verib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Çində “Kəmər və Yol” təşəbbüsünə dair layihələr barədə müzakirələr aparılıb (FOTO) Çində “Kəmər və Yol” təşəbbüsünə dair layihələr barədə müzakirələr aparılıb (FOTO) Çində “Kəmər və Yol” təşəbbüsünə dair layihələr barədə müzakirələr aparılıb (FOTO) Çində “Kəmər və Yol” təşəbbüsünə dair layihələr barədə müzakirələr aparılıb (FOTO) Çində “Kəmər və Yol” təşəbbüsünə dair layihələr barədə müzakirələr aparılıb (FOTO) Çində “Kəmər və Yol” təşəbbüsünə dair layihələr barədə müzakirələr aparılıb (FOTO) Çində “Kəmər və Yol” təşəbbüsünə dair layihələr barədə müzakirələr aparılıb (FOTO) Çində “Kəmər və Yol” təşəbbüsünə dair layihələr barədə müzakirələr aparılıb (FOTO)


Etiketlər:  Çində Kəmər təşəbbüsünə dair layihələr barədə müzakirələr aparılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ