Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 17:06
Mərkəzi Seçki Komissiyası (MSK) 41 saylı Sumqayıt Birinci Seçki Dairəsinin qərarını ləğv edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, MSK-nın bu gün keçirilən iclasında 41 saylı Sumqayıt Birinci Seçki Dairəsi üzrə deputatlığa namizədliyini irəli sürülmüş Murad Rəhimlinin müraciətinə baxılıb.
MSK üzvü Qabil Orucov bildirib ki, 41 saylı Sumqayıt Birinci Dairə Seçki Komissiyası (DSK) imza vərəqələrindəki problemi əsas gətirərək M.Rəhimlinin namizədliyini qeydə almayıb. MSK DSK-nın qərarını ləğv edib və M.Rəhimlinin deputatlığa namizədliyi qeydə alınıb.