Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2.5 milyon dollarlıq startap – mağarada uça bilən Dron

2.5 milyon dollarlıq startap – mağarada uça bilən Dron

Tarix: 11 Yanvar 2020 22:20

Avstraliyanın "Emesant" startapının mühəndisləri pilotsuz uçan aparatlar vasitəsilə real vaxt rejimində yeni izləmə və kartoqrafiya sistemini təqdim ediblər. Bu, dronlara mağaralarda uçuşlar həyata keçirməyə imkan verəcək.

Sonxeber.net techland.az-a istinadən bildirir ki, aparat "GPS" naviqasiyası və dronlara maneələri dəf edərək uçmağa və qapalı məkanlarda səmti yaxşı müəyyənləşdirməyə imkan verəcək toqquşma əleyhinə sensorlar sistemi ilə təchiz edilib.

Startap mütəxəssisləri tərəfindən pilotsuz uçan aparatların məlumatları əsasında yeraltı landşaftların üçölçülü xəritəsini tez və dəqiq tərtib etməyə imkan verən "Hovermap" texnologiyası da hazırlanıb.

Bildirilir ki, texnologiya xilasedicilərə mağaralarda itkin düşən insanları tapmağa kömək edəcək.

Startapın ilkin qiyməti 2,5 milyon dollar təşkil edir.


Etiketlər:  milyon dollarlıq startap mağarada uça bilən Dron


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ