Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2020 01:18
"Tottenhem"in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının 22-ci turunda "Liverpul"a uduzduqları oyundan sonra VAR hakimlərini tənqid edib.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 0:1 hesabı ilə uduzduqları görüşün 66-cı dəqiqəsində rəqib oyunçu Robertsona futbolçusu Davinson Sançesə etdiyi hərəkətə görə qırmızı vərəqə göstərməli olduğunu deyib:
"Liverpul" şanslı idi. Oyunu 10 futbolçu ilə bitirə bilərdilər. Ancaq VAR hakimləri həmin anda çay içdikləri üçün Robertsonun qırmızı vərəqəsini görmədilər".