Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda qəza qurbanlarına konsulluq yardımı üçün işçi qrupu yaradıldı

İranda qəza qurbanlarına konsulluq yardımı üçün işçi qrupu yaradıldı

Tarix: 12 Yanvar 2020 12:12

İranda Boeing 737 Ukrayna Beynəlxalq Hava Yolları təyyarəsinin qəzaya uğraması qurbanlarının konsulluq məsələlərini həll etmək üçün xüsusi işçi qrupu yaradılıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musavi bildirib.

Onun sözlərinə görə, İran diplomatik xidmətinin şöbələrindən birinə məxsus bir qrupa faciə qurbanlarının ailələrinin istəklərinə uyğun olaraq dərhal konsulluq yardımı üzərində işə başlamaq tapşırılıb. Belə bir tədbirin ən azından həlak olanların qohumlarının əzablarını yüngülləşdirməsinə kömək edəcəyinə ümid etdiyini bildirdi.

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı bu gün (11 yanvar) səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.


Etiketlər:  İranda qəza qurbanlarına konsulluq yardımı üçün işçi qrupu yaradıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ