Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Parlament seçkiləri ilə əlaqədar müraciət edən yerli və xarici müşahidəçilərin sayı açıqlandı

Parlament seçkiləri ilə əlaqədar müraciət edən yerli və xarici müşahidəçilərin sayı açıqlandı

Tarix: 13 Yanvar 2020 13:06

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 2000-ə yaxın yerli və xarici müşahidəçi müraciət edib və onların demək olar ki, hamısı müsbət cavab alıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədrinin sözlərinə görə, həmin müşahidəçilərin 1630-u yerli müşahidəçilərdir: "Xarici müşahidəçilərin sayı isə 70-ə yaxındır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Müstəqil Dövlətlər Birliyi Parlament Assemblyasının müşahidə missiyası artıq fəaliyyətə başlayıb. İtaliya, Çexiya Parlamentlərinin, Litva Seyminin müşahidəçiləri artıq akkreditasiyadan keçiblər. Moldova Mərkəzi Seçki Komissiyasının nümayəndələri də seçkiləri müşahidə edəcək. Xarici müşahidəçilərin qeydiyyatı prosesi hazırda sürətlə davam edir".


Etiketlər:  Parlament seçkiləri ilə əlaqədar müraciət edən yerli xarici müşahidəçilərin sayı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ