Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pərviz Müşərrəfin ölüm hökmü ləğv edildi

Pərviz Müşərrəfin ölüm hökmü ləğv edildi

Tarix: 13 Yanvar 2020 19:56

Pakistanda Lahor şəhərinin məhkəməsi ölkənin sabiq prezidenti və baş naziri Pərviz Müşərrəfin işi ilə bağlı məhkəmə prosesini qeyr-konstitusion adlandırıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar sabiq prezidentin ölüm hökmü ləğv edilib.

Məhkəmə bildirib ki, P.Müşərrəfin təqsirli bilinməsində əsas götürülən Konstitusiyanın 6-cı bəndi 2010-cu ildə dəyişdirilib. Məhkəmə həmin dəyişikliyin geriyə qüvvəsinin olmadığını müəyyən edib. P.Müşərrəf isə 2010-cu ildən daha əvvəl baş vermiş hadisələrə görə ittiham edilib.

Xatırladaq ki, ötən ilin dekabrında P.Müşərrəf dövlət çevrilişində ittiham edilərək ölüm hökmünə məhkum edilmişdi.


Etiketlər:  Pərviz Müşərrəfin ölüm hökmü ləğv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ