Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ayaqdakı qaşıntı və göbələyi aradan qaldıran 5 sadə üsul

Ayaqdakı qaşıntı və göbələyi aradan qaldıran 5 sadə üsul

Tarix: 13 Yanvar 2020 23:21

Ayaq barmaqları arasında göbələk -Mikoz geniş yayılmış xəstəlikdir. Bu xəstəlik üçün tətbiq olunan dərman və mazlar da bahalıdır, heç də həmişə effektli olmur.

Sonxeber.net medicina.az-a istinadən bu problemlə mübarizə aparmaq üçün sınanmış və müsbət rəy almış 5 sadə üsulu və təbii vasitəni təqdim edir.

Çiy kartof
Kartofu nazik plastin kimi kəsib, zədəli hissəyə qoyub, üzərindən plastırla bərkidin. 30-40 dəqiqə saxlanılır. 1 ay müalicə kursu olmalıdır.

Palıd qabığı dəmləməsindən vanna
200 qram palıd qabığı (aptekdə satılır) 1 lirt soyuq suya əlavə olunaraq, qazanda 15 dəqiqə qaynadılır. Sonra soyudulur. Ayaqlar bu məhlulda vanna olunur. Vannadan sonra ayaqlar təmiz qurulanır.

Yod
Gündə 2 dəfə göbələklə zədələnmiş dırnağa 1 damcı yod damızdırın. 2-3 həftə müalicə olunur. Yod göbələyi məhv etmək üzrə ən ucuz üsuldur.

Çay ağacı yağı
Bu yağ göbələk, qaşınma əleyhinədir. Bu yağdan əldə edib, dırnaqlara çəkin. Çay ağacı antibakterial təsir edir.

Soğan və sarımsaq suyu
Ayaqlarınızdan soğan-sarımsaq iyi gəlsə də bu qədim metodu sınayın. Soğan-sarımsaqda olan iltihab əleyhinə maddələr ordusu göbələyə qısa müddətdə qalıb gələcək. Yarım ədəd soğan və 5 diş sarımsağın şirəsini sıxıb, barmaqlara çəkin və ya tənzifi isladıb, kompress qoyun.


Etiketlər:  Ayaqdakı qaşıntı göbələyi aradan qaldıran sadə üsul


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ