Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neapol metrosunda qatarlar toqquşdu - Xəsarət alanlar var

Neapol metrosunda qatarlar toqquşdu - Xəsarət alanlar var

Tarix: 14 Yanvar 2020 13:48

Bakı. Trend:

İtaliyanın Neapol şəhərində metro qatarları toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində 13 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. İki nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qəza şəhərin şimalında, metropolitenin yerüstü hissəsində baş verib. İnsidentdə 2 qatar iştirak edib, onlardan birində sərnişinlər olmayıb.

Hazırda qəza ilə bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Neapol metrosunda qatarlar toqquşdu Xəsarət alanlar


RƏYLƏR