Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 15:32
Cazibədar rus model Alesya Kafelnikova anası Mariya Tişkova ilə ünsiyyət saxlamadığını açıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kafelnikova "Forbes"ə müsahibəsi zamanı danışıb.
"Anamla, demək olar ki, münasibət yoxdur. O, hərdən "Instagram"da mənim şəklimi paylaşır və mənimlə fəxr etdiyini yazır, ancaq biz, ümumiyyətlə, zəngləşmirik", - Kafelnikova bildirib.
Anasının həmişə susduğunu və artıq söz deməkdən qorxduğunu bildirən cazibədar model uşaqlığında anası ilə ünsiyyətin onun üçün xoşbəxtlik gətirdiyini qeyd edib.
Atası ilə münasibətlərinin daha normal olduğunu söyləyən model özünü pis hiss etdiyi anlarda valideynlərinə zəng etməyə üstünlük vermədiyini bildirib.
"Onlar məni anlamırlar. Məsələn, atama desəm ki, bir qıza vurulmuşam, o mənə sadəcə deyəcək ki, ayaqların bir də Rusiyaya dəyməsin!", - Kafelnikova söyləyib.