Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Valverde azarkeşlərlə vidalaşdı

Valverde azarkeşlərlə vidalaşdı

Tarix: 14 Yanvar 2020 17:16

“Barselona”nın istefaya göndərilən baş məşqçisi Ernesto Valverde azarkeşlərlə vidalaşıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis azarkeşlərə göstərdikləri münasibətə görə təşəkkür edib:

“Barselona”nın məşqçisi kimi vaxtım başa çatdı. Bu iki il yarım çox gərgin keçdi. Bəzi sevincli anlar yaşadım. Qələbələr, kuboklar qazandım. Amma başqa məqamlar da oldu. Ancaq məşqçi olduğum müddətdə azarkeşlərin mənə göstərdiyi sevgini qeyd etmək istəyirəm. Xosep Bartomeu və digər klub nümayəndələrinə mənə etimad göstərdikləri üçün, rəftarlarına görə təşəkkür edirəm. Əlbəttə ki, birlikdə 4 kubok qazanmağa şərait yaradan oyunçulara təşəkkür edirəm. Bu gündən etibarən hamıya, eləcə də baş məşqçi Kike Setenə uğurlar arzulayıram”.

Qeyd edək ki, E.Valverde 2017-ci ildən Kataloniya təmsilçisini çalışdırırdı.

 


Etiketlər:  Valverde azarkeşlərlə vidalaşdı


RƏYLƏR