Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 18:24
Futbol tarixinin ən güclü komandaları bəlli olub.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, bu barədə araşdırmanı "Clubelo" nəşri aparıb.
Siyahının ilk pilləsində "Barselona" qərarlaşıb. Kataloniya klubunun 2012-ci ildəki heyəti ən güclü olub. Həmin vaxt komandaya Pep Qvardiola başçılıq edib.
Qvardiolanın 2014-cü ildə çalışdırdığı "Bavariya" ikinci pilləni tutub. İlk "üçlüy"ü karlo Ançelottinin başçılıq etdiyi "Real"ın 2014-cü ildəki heyəti qapayır.
"Liverpul"un hazırkı heyəti 4-cü, "Real"ın 1961-ci ildəki komandası 5-ci olub. "Milan" (1993) 6-cı,
"Mançester Siti" (2019) 7-ci, Macarıstan MTK-sı (1955) 8-ci, "Çelsi" (2008) 9-cu sıranı tutub. İngiltərənin digər təmsilçisi "Mançester Yunayted" isə (2008) 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, reytinqdə qol fərqi, ev sahəsinin üstünlüyü və Avropa çempionatları arasındakı güc fərqi nəzərə alınıb.