Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 21:18
Yaponiyalı milyarder Yusaku Maezava onunla birlikdə Ay ətrafına səyahətə qoşulmaq istəyən qız axtarışındadır. Bu, onun yeni bir sənədli film proqramının mövzusu olacaq.
Sonxeber.net "Amerikanın səsi"nə istinadən bildirir ki, onlayn dəb satışı şirkəti Zozo korporasiyasını SoftBank Group-a satan 44 yaşlı Maezava AbemaTV kanalında nümayiş olunacaq şou üçün 20 yaşdan yuxarı subay qadın axtarır.
"Mən özümə həyat yoldaşı tapmaq istəyirəm. Gələcək yoldaşımla birlikdə kosmosdan sevgimizi və dünyaya sülhü qışqıraraq çatdırmaq istəyirəm", iş adamı açıqlama verib. O, ilk özəl sərnişin olaraq 2023-cü ildə Elon Maskın SpaceX kosmik gəmisi ilə Ayın ətrafına uçacaq.
"Yalnızlıq və boşluq hissi yavaş-yavaş üstümə gəlməyə başlayanda düşünəcəyim bir şey var: bir qadını sevməyə davam etmək" - deyə, Maezava müraciətçilər üçün olan veb saytda yazıb.
Bir müddət əvvəl 27 yaşlı aktrisa sevgilisi Ayame Qorikidən ayrılan Maezava "Əziz Ay" adlı bir layihədə təcrübəyə əsaslnanan əsərlərdən ilham almaq üçün sənətçiləri uçuşa aparmağı planlaşdırdığını bildirib.
"BütövAy Aşiqləri" adlı sənədli film onlayn reklam agentliyi CyberAgent və TV Asahi yayım şirkəti tərəfindən dəstəklənən və ənənəvi TV-dən uzaq olan daha gənc auditoriyanı hədəf alan AbemaTV-də yayımlanacaq.
Müraciət edənlər "kosmosa getməkdə maraqlı olmalı, hazırlıq işlərində iştirak edə bilməli" və "dünyaya sülh arzulayan biri olmalıdırlar", veb səhifədə deyilir.
Müraciət qəbulu yanvarın 17-də bağlanacaq və Maezava martın sonuna qədər tərəfdaşını seçəcək.
Sənədli film milyarderin sonuncu böyük layihəsidir. O həmçinin əsas gəlir ideyasının mahiyyəti barədə Yaponiyada mübahisələri genişləndirmək üçün Twitter-dəki izləyicilərinə 9 milyon dollar ayırıb.