Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dünən kəndimdə inəklərin yanından keçirdim, indi...'' - ''Barselona''nın yeni baş məşqçisi

''Dünən kəndimdə inəklərin yanından keçirdim, indi...'' - ''Barselona''nın yeni baş məşqçisi

Tarix: 15 Yanvar 2020 12:00

Əvvəlcə kluba, prezidentə, Erik Abidal və Ramon Planesə mənə bu şansı verdikləri üçün təşəkkür edirəm. Ən cəsarətli xəyallarımın arasında belə "Barselona"nı çalışdırmaq, burada olmaq yox idi. Mən emosional biriyəm və bu gün mənim üçün xüsusi gündür.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın yeni baş məşqçisi Kike Setyen Kataloniya klubundakı ilk mətbuat konfransında deyib.

"Dünən kəndimdə inəklərin yanından keçirdim, indi isə dünyanın ən yaxşı futbolçularının məşqçisi oldum.  Oyunçularla danışdım, onlar ilk təması qurdum. Onların istəkli olması möhtəşəm idi. Bir-birimizi tez bir zamanda başa düşəcəyimizə şübhəm yoxdur. Çünki onları istəyəcəyim bir çox şeyi, onsuz da, bilirlər", - o bildirib.

Qeyd edək ki, "Barselona" baş məşqçisi Ernesto Valverdeni istefaya göndərərək onu K.Setyenlə əvəzləyib.


Etiketlər:  Dünən kəndimdə inəklərin yanından keçirdim indi Barselonanın yeni baş məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ