Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Sumqayıt yolunda tıxac necə aradan qaldırılacaq? - Saleh Məmmədov açıqladı

Bakı-Sumqayıt yolunda tıxac necə aradan qaldırılacaq? - Saleh Məmmədov açıqladı

Tarix: 15 Yanvar 2020 13:12

Bakı-Sumqayıt yolunun genişləndirilməsi bu istiqamətdə avtomobil axınının bərabər paylanmasının təmin olunmasında vacib mərhələdir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib.

O bildirib ki, 2011-ci ildə genişləndirilmiş Bakı-Sumqayıt yolu sutkada 7-10 min avtomobilin hərəkəti üçün nəzərdə tutulmuşdu, indi isə bu aktual deyil. Texnopark və sənaye zonalarının, ali tədris müəssisələrinin və digər obyektlərin açılması Bakı-Sumqayıt yolunda hər iki istiqamətdə avtomobil axınını sutkada 12-14 minədək çatdırıb.

S.Məmmədov əlavə edib ki, Bakı-Sumqayıt yolunun 28 kilometrlik sahəsinin genişləndirilməsi bu tapşırığın vacib hissəsidir. Bununla belə, bu hissənin keçilməsindən sonra avtomobil axınının düzgün paylanması üçün düzgün həll yolu tapmaq lazımdır: "İyunadək biz bu məsələnin həll yolunu tapmağı planlaşdırırıq".


Etiketlər:  Bakı Sumqayıt yolunda tıxac necə aradan qaldırılacaq Saleh Məmmədov açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ