Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 20:57
Bakı. Trend:
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Vəkillər Kollegiyasından Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan sədr Anar Bağırov iştirakçılara kollegiyanın cari fəaliyyəti, o cümlədən vəkilliyə qəbul üzrə keçirilən ixtisas imtahanlarının gedişi barədə məlumat verib.
İclasda cari il Avstriyada təşkil olunacaq Willem C.Vis Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsində iştirak etmək istəyən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin komandasına sponsorluq edilməsi barədə həmin fakültənin müraciətinə baxılıb. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin komandasına qeyd edilən müsabiqədə iştirakla bağlı sponsorluq etməsi qərara alınıb.
İclasda Vəkillər Kollegiyası üzvlüyünə qəbul, vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb. Bundan başqa, Bakı şəhərində “BM Morrison Partners” və 30 saylı Vəkil Bürosunun, o cümlədən Şəmkir rayon Vəkil Bürosunun təsis edilməsi ilə bağlı müraciətlərə baxılaraq müsbət qərar verilib.
İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə də baxılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin