Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yevgeni Koçuk "Səbail"dən getdi

Yevgeni Koçuk

Tarix: 15 Yanvar 2020 21:02

"Səbail" futbolçusu Yevgeni Koçukla yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi 27 yaşlı yarımmüdafiəçiyə təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Səbail" moldovalı oyunçunu 2018-ci ildə Slovakiya "Jilina"sından icarəyə götürsə də, daha sonra birdəfəlik keçidini rəsmiləşdirmişdi. Futbolçu  komandanın heyətində 54 matça çıxaraq 8 qol vurub.

 


Etiketlər:  Yevgeni Koçuk Səbaildən getdi


RƏYLƏR