Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2025 13:40
Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Ukrayna ilə oyundan öncə komandadan göndərilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, buna səbəb onun millinin düşərgəsinə gecgəlməsi olub.
Belə ki, Azərbaycan yığma komandası Bakıda təlim-məşq toplanışına başlayarkən Renat Dadaşov düşərgəyə iki gün gec qoşulub. Baş məşqçi Ayxan Abbasov gec gəldiyinə görə ona xəbərdarlıq edib. Yaxşı hazırlıq keçməyən Renatı Ukrayna ilə oyun üçün "23-lüy"ə daxil etməyərək heyətdən kənarlaşdırıb.
Dadaşov isə millinin matçını da izləməyərək klubu "Motor"un düşərgəsinə yollanıb.