Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəsildən nəsilə ötürülə bilən xərçəng növləri - SİYAHI

Nəsildən nəsilə ötürülə bilən xərçəng növləri - SİYAHI

Tarix: 15 Yanvar 2020 23:18

Xərçəngin yaranma səbəbləri siyahısında birinci yerdə genetik amillər göstərilir. Əslində bu bir az ümumi və sübut olunmamış sözdür. Bir xəstəliyin real səbəbi tapılmadıqda çox vaxt yəqin genetikdir deyilir. Amma onkoloqlar həqiqətən də bəzi xərçəng növlərinin ailədən insana və nəsildən nəslə ötürüldüyünü bildirir. Amma bu bütün xərçəng xəstələrində cəmi 10%-dir.

Sonxeber.net medicina.az-a istinadən genetik mutasiya edən xərçəng növlərini təqdim edir.

Bu siyahını Onkoloji xəstəliklərlə mübarizə Assosiasiyası yayıb.

Bir insanın mədə xərçəngi olması ömür boyu 1-2%-dir. Əgər genetik mutasiyası varsa, bu riski 70% artırır.

Adətən ailəvi,nəsil xərçəngi insanı daha gənc yaşlarda yaxalayır. Əsasən 40-50 yaşında artıq büruzə verir.

Uşaqlarda onkologiya isə çox zaman nəsillə əlaqəli olmur.

Nəsildən keçən onkoloji xəstəliklər : reproduktiv və həzm orqanları sistemini əhatə etməklə 2 qrupa bölünür.

Yəni daha çox süd vəzi, uşaqlıq, yumurtalıq, xaya, prostat, mədə, bağırsaq, mədə altı vəz xərçəngi nəsildən nəslə keçir.

Hazırda tibb məlum təhlükəli mutasiyaları əvvəlcədən göstərən genetik testlər var. Ailəsində, nəslində bu xəstəliyi olanlar bu testlərdən keçib, hansı onkoloji xəstəliyin riskini daşıdığını öncədən bilib, ona uyğun tədbirlər görə bilər.


Etiketlər:  Nəsildən nəsilə ötürülə bilən xərçəng növləri SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ