Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda quraşdırılan Formula 1 avadanlıqlarının sökülməsi NƏ VAXT yekunlaşacaq? (ÖZƏL)

Bakıda quraşdırılan Formula 1 avadanlıqlarının sökülməsi NƏ VAXT yekunlaşacaq? (ÖZƏL)

Tarix: 16 May 2019 12:48

Bakı. Elçin Mehdiyev - Trend:

26-28 aprel tarixlərində Bakıda keçirilən Formula 1 Azərbaycan Qran prisi ilə bağlı quraşdırılan avadanlıqların bir hissəsi artıq sökülüb. Bunu özəl olaraq Trend-ə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, yarış bitdikdən dərhal sonra artıq avadanlıqların sökülməsinə başlanılıb. Onun sözlərinə görə, küçələrin bir qismi artıq təmizlənib, avadanlıqlar sökülərək anbara aparılır.

Şöbə rəhbəri vurğulayıb ki, bu işlərin təqribən bir aya yekunlaşdırılması nəzərdə tutulur: “Təqribən bir ay sonra növbəti yarışın keçirilməsinə hazırlaşacağıq. Hər zaman olduğu kimi çalışacağıq ki, növbəti Qran Pridə də yeniliklər edək, tamaşaçılar üçün maraqlı olsun”.

O qeyd edib ki, növbəti yarışın gələn ilin yay aylarında keçirilməsi nəzərdə tutulur, lakin dəqiq tarixi müəyyənləşdirmək üçün danışıqlar aparılır.

N.Arpadarai əlavə edib ki, ümumilikdə bu dəfə də Azərbaycan Qran Prisi maraqlı keçib: “Bu il sosial şəbəkədə bizim həştəqimiz ilk onluqda idi. Bu il Qran Pri əvvəlkilərə nisbətən bir qədər sakit keçdi. Yəni əvvəlki yarışlarda çoxlu hadisələr, qəzalar baş vermişdi. Biz builki nəticələrdən çox razıyıq”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda quraşdırılan Formula avadanlıqlarının sökülməsi VAXT yekunlaşacaq ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ