Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Liverpul''la oyundan öncə “Mançester Yunayted”də ciddi itki

''Liverpul''la oyundan öncə “Mançester Yunayted”də ciddi itki

Tarix: 16 Yanvar 2020 19:46

İngiltərə Federasiya kubokunun 1/32 final mərhələsinin cavab oyunları çərçivəsində "Vulverhempton"la qarşılaşan "Mançester Yunayted" ciddi itki ilə üzləşib.

Sonxeber.net sport24.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın 1:0 hesabıyla qalib gəldiyi oyunda Markus Reşford zədələnib.

22 yaşlı futbolçu zədə səbəbiylə oyunun 80-ci dəqiqəsində meydanı tərk edib. Oyundan sonra hücumçunun vəziyyəti ilə bağlı danışan baş məşqçi Ole-Qunnar Sulşer, bunları deyib:

"Son vaxtlar onun müəyyən problemi vardı, amma bu zədə başqadır. Onu oynatmaq istəmirdim, ancaq qələbəyə ehtiyacımız vardı. Onu bazar gününə çatdırmağa çalışacağıq, amma buna söz vermirəm".

"Mançester Yunayted" yanvarın 19-da Premyer Liqanın 23-cü turu çərçivəsində "Liverpul"la qarşılaşacaq.


Etiketlər:  Liverpulla oyundan öncə Mançester Yunayteddə ciddi itki


RƏYLƏR