Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yığmamız "Qran-pri"də çıxış edəcək

Yığmamız

Tarix: 16 Yanvar 2020 20:08

Bakı. Trend:

Yanvarın 18-19-da Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə bildirilib ki, ənənəvi yarışın proqramına əsasən, ilk gün sərbəst, ikinci gün isə yunan-Roma güləşçiləri mübarizə aparacaq. "Qran-pri"də ölkəmizi yunan-Roma güləşi üzrə yığmamız təmsil edəcək. Yanvarın 2-dən Rusiyanın Saransk şəhərində təlim-məşq toplanışı keçən millimiz sabah Rusiyadan Fransaya yollanacaq.

Nitsada baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvi Qənizadə, Sənan Süleymanov (hər ikisi 72 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti və Beka Kandelaki (hər ikisi 130 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyacaq.


Etiketlər:  Yığmamız Qran pridə çıxış edəcək


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ