Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2019 13:44
“Liverpul”un hücumçusu Məhəmməd Salah karyerasını “Real”da davam etdirə bilər.
Qol.az-ın xəbərinə görə, “Canal +”in jurnalisti Filipp Krayon bildirib ki, 26 yaşlı misirlinin nümayəndələri “Kral klubu” ilə danışıqlara başlayıblar. Qeyd olunub ki, hazırda danışıqlar ilkin mərhələdədir.
Salahın “Liverpul”la müqaviləsinin müddəti 2023-cü ildə başa çatır. Transfermarkt onun transfer qiymətini 150 milyon avro həcmində qiymətləndirib.
Qeyd edək ki, bu mövsüm Salah “Liverpul”dakı 51 oyunda 26 qol vurub və 13 qolun ötürməsini edib.